Uzun illər alimlər qalanın nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır
Bakıda bir yer var ki, özündə çoxlu sirrlər və müəmmalar qizlədir. Bu İçəri şəhər adlanan ərazidir. Burda hər bir daşın öz tarixi var. Qədim qalanın divarları bizə bir çox şeylərdən bəhs edə bilər, sadəçə eşitməyi istəmək və bacarmaq lazımdır. Məhz burda, İçəri şəhərdə, köhnə bir qala yerləşir. Bu tikilinin adı Qız qalasıdır.



